Dünyanın ikinci ən yaxşı oyunçusu – Zədələnmiş Messidi

14:47 18 May 2015

 "Barselona"nın prezidenti Jozep Bartomeu İspaniya La Liqasının XXXVII turunda səfərdə Madrid "Atletiko"sunu 1:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirdikləri görüşdən sonra fikirlərini bölüşüb.

Klub rəhbəri bu mövsüm primeronu qazanmaqları ilə bağlı belə danışıb:

"Bizim bir neçə hədəfimiz var idi və artıq onlardan birincisinə nail olduq. Mövsüm çox uzundu, hər şey ola bilərdi. Ancaq biz çempionluğa layiq olduğumuzu sübut etdik. Messi bu mövsüm çox qol vurdu, amma bütün komanda əlindən gələni etdi. Leo həmişə dünyanın ən yaxşı oyunçusu olub. Xorxe Valdanonun dediyi kimi, dünyanın ikinci ən yaxşı oyunçusu – zədələnmiş Messidi. Uğurumuzu növbəti şənbə günü "Kamp Nou"da, "Deportivo" ilə oyundan sonra qeyd edəcəyik. Luis Enrike çox gözəl mövsümü keçirdi və uğurlu nəticə gəldi. Bəzi dəyişikliklər oldu. Komanda yaxşıdı, təzədi və qələbələrə acdı".


Digər xəbərlər

Xəbər xətti