"Azərbaycan xalqı haqqını bizə halal etsin" - "Naft-Tehran" klubunun məşqçisi

15:01 18 May 2015

"Özüm şahidi oldum ki, Federasiya nəzarətçisi "Sepahan"-"Saypa" oyununun nəticəsini səhv dedi."

 

SportArena.Az xəbər verir ki, bu sözləri İranın "Naft-Tehran" futbol klubunun məşqçisi Əlireza Mənsuriyan dünən "Traktorsazi" klubunun ölkə çempionluğunu əldən verməsinə münasibət bildirərkən deyib.

 

"Gördükləri çox çirkin və qeyri-peşəkar iş nəticəsində həm bizim, həm də "Traktorsaz" klubunun oyun sistemini pozdular. Azərbaycan xalqı haqqını bizə halal etsin.", - deyə klub rəhbəri açıqlamasında qeyd edib.

 

Xatırladaq ki, dünən futbol üzrə İran çempionatının son turunun oyunları keçirilib. Çempionatda qalibi müəyyənləşdirmək baxımından həlledici hesab olunan “Traktorsazi” – “Naft-Tehran” oyunu 3:3 hesabı ilə nəticələnib. Bu da paralel oyunda qalib olan "Sepahan" komandasının çempion olmasını qətiləşdirib.

 

“Traktorsazi” – “Naft-Tehran” oyununda azarkeşləri ən çox qəzəbləndirən isə stadionda yayılan dezinformasiya olub. Belə ki, oyunun sonuna az qalmış "Traktorsazi" və tərəfdarlarına bildirilib ki, "Sepahan" - "Saypa" oyunu bərabər nəticə ilə sona çatıb və "Traktorsazi" artıq çempion olub. Bu da "Traktor" klubunun ancaq müdafiə xarakterli oyun sərgiləməsinə səbəb olub. Lakin sonradan bəlli olub ki, məlumat səhv verilib. “Sepahan" - "Saypa” görüşü heç-heçə deyil, “Sepahan”ın 2-0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti