Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ", "Neftçi" və "İnter"in potensial rəqibləri müəyyənləşib.
SportArena.az xəbər verir ki, hər üç klubumuz Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.
Klublarımızdan "İnter" və "Neftçi" səpələnmişlər səbətində yer alacaq. Belə olacağı təqdirdə komandalarımıza nisbətən zəif rəqiblər düşəcək.
Tarixində ikinci dəfə Avropa Liqasında vəsiqə qazanan "Qəbələ" isə səpələnməmişlər səbətində olacaq. Əyaıət təmsilçisinə nisbətən güclü komanda düşə bilər:
"Neftçi" və "İnter"in potensial rəqibləri: "Skonto" (Latviya), "Vikinqur" (Farer adaları), "Odd Qrenland" (Norveç), "Kukesi" (Albaniya), "Skendiya" (Makedoniya), "Kayrat" (Qazaxıstan), "Ordabaşı" (Qazaxıstan), "Tiraspol" (Moldova), MTK (Macarıstan), "Qlentoran" (Şimali İrlandiya), VPS (Finlandiya), "Slima" (Estoniya), "Lusitanos" (Andorra), SJK (Finlandiya), "Lahti" (Finlandiya), "Vikinqur" (İslaniya), "Jelqava" (Latviya), NSİ (Farer adaları), "Sent-Culiya" (Andorra), "Atlantas" (Litva), "Qlenavon" (Şimali İrlandiya), "Kork Siti" (İrlandiya), UCD (İrlandiya), "Kruoya" (Litva), "Eirbas" (Uels), "Trakai" (Litva), "Liepaya" (Latviya), "Balzan" (Malta), "Bala Taun" (Uels), "Nyu Taun" (Uels), "Folqore" (San-Marino)
"Qəbələ"nin potensial rəqibləri: "Şerif" (Moldova), "Rijeka" (Xorvatiya), "Rusenburq" (Norveç), "Elfsborq" (İsveç), AİK (İsveç), "Aktobe" (Qazaxıstan), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Belarus), "Voyvodina" (Serbiya), "Hafnarfyordur" (İslandiya), "Göteburq" (İsveç), "Stromqodset" (Norveç), "Reykravik" (İslandiya), "Şamrok Rovers" (İrlandiya), "Dudelanj" (Lüksemburq), "Linfild" (Şimali İrlandiya), "Valletta" (Malta), "Differanj" (Lüksemburq), "Rabotniçki" (Makedoniya), "Torpedo" (Belarus), "Aberdeen" (Şotlandiya), "Sent-Patrik" (İrlandiya) və başqaları.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları iyulunda 9-da keçiriləcək.