Çempionlar Liqasında "Barselona" və "Yuventus" komandaları arasında keçiriləcək final matçının hakimləri müəyyənləşib.
SportArena.Az xəbər verir ki, sözügedən oyunu türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını isə isveçli Yonas Eriksson yerinə yetirəcək.
Qeyd edək ki, ÇL-in finalı iyunun 6-i Berlinin "Olimpiya" stadionunda keçiriləcək.