Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Qarabağ" məşqlərə başlayıb.
SportArena.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Sumqayıt"la mayın 16-i keçirilən matçdan sonra bir günlük fasilə verən Ağdam klubu bu gün bir məşqlə kifayətlənib.
Qurban Qurbanovun komandası "Qarabağ"ın bazasındakı ehtiyat meydançada çalışıb. Komanda fiziki hazırlıqların ardından iki qrupa bölünərək Qurban Qurbanovun tapşırıqlarını futbol oynayaraq həyata keçiriblər.
Qeyd edək ki, "Qarabağ" Premyer Liqada son oyununu mayın 22-i "İnter"ə qarşı keçirəcək.