Azərbaycan Premyer Liqasının 35-ci turunda "İnter"lə qarşılaşacaq "Qarabağ" klubu 2014/2015 mövsümündə son matçına çıxacaq.
Peşəkar Futbol Liqasının mətbuat xidmətindən verilən məlumata görə, həmin oyundan sonra Premyer Liqanın qalibi olan Ağdam təmsilçisinə çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.
Mayın 22-də "İnter Arena"da keçiriləcək oyundan sonra cari mövsümü ikinci pillədə başa vuracağı rəsmiləşən "İnter" klubunun üzvlərinə isə gümüş medallar veriləcək.
Qeyd edək ki, Premyer Liqada üçüncü pillənin sahibi hələlik müəyyənləşməyib. Bürünc medallar uğrunda "Qəbələ" və "Neftçi" klubları mübarizə aparır.qol.az