Portuqaliya çempionatının son turunda keçirilən "Gimaraynş" - "Benfika" matçından sonra xoşagəlməz olay baş verib.
SportArena.az xəbər verir ki, "Benfika" azarkeşləri ilə polis arasında insident baş verib. Kadrların biri isə ölkədə böyük rezonansa səbəb olub. Belə ki, polislər azyaşlı uşağın gözü qarşısında onun atasını və babasını döyüb. Bu görüntü ölkədə böyük səs-küyə səbəb olub.