Londonun “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo təklif olunan “Real Madrid” komandasının baş məşqçisi postundan imtina edib.
SportArena.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Karlo Ançelottinin başçılığı altında “Real” bu il heç bir titul əldə edə bilməyib və yarımfinal mərhələsində Turinin “Yuventus” komandasına məğlub olaraq Çempionlar liqasını tərk etməli olub. K.Ançellottinin bundan sonra “Real”da fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil.
Məlumata əsasən, “Real” Xulen Lopetegi (“Portu”), Dortmundun “Borussiya” komandasından ayrılan Yurgen Klopp, Rafael Benites (“Napoli”) və Mourinyo ilə danışıqlar aparıb. Portuqaliyalı baş məşqçi “Real”a qayıtmaqdan qəti şəkildə imtina edib.