AFFA İntizam Komitəsi Azərbaycan birinci divizion təmsilçisi "Şuşa Qarabağ"ın baş məşqçisi Nadir Qasımova sərt cəza tətbiq edib.
SportArena.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna onun birinci divizionun 28-ci turunda "Kəpəz"lə matçdan (1:2) sonra meydançaya daxil olaraq geniş kütlə qarşısında hakimlər briqadasına qarşı təhqiramiz ifadələr işlətməsi səbəb olub. AFFA bu hərəkətə görə N.Qasımovun 10 oyun stadiona girişinə qadağa qoyub. Bundan başqa, klub 2000 manat cərimə olunub.