"Neftçi"də həsrətə son- Braziliyalı qayıtdı

15:32 19 May 2015

Premyer Liqada bürünc medala iddiasını davam etdirən və ölkə kubokunda finala yüksələn “Neftçi”də kapitan Flavinyo sıraya dönüb. Klubdan verilən məlumata görə, braziliyalı yarımmüdafiəçi zədəsini sağaldıb.


 
Ay yarımdı komandasına kömək edə bilməyən “sambaçı” artıq kollektivə qoşulub. Həmçinin, Almaniyada “mensk” əməliyyatı keçirən müdafiəçi Məqsəd İsayev də komanda ilə birlikdə məşqlərdə iştirak edir. Hər iki futbolçu Premyer Liqanın XXXV turu çərçivəsində “Bakı” ilə mayın 22-də baş tutacaq qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.


Digər xəbərlər

Xəbər xətti