SportArena.az xəbər verir ki, Bakıda “Crystal Hall”da birinci Avropa Oyunlarının karate üzrə test yarışları başa çatıb.
Yarışda idmançılarımızla yanaşı, təlim-məşq toplanışlarına gələn Kanada yığmasının üzvləri də iştirak ediblər.
Dünya Karate Federasiyasının (WKF) Təşkilat Komissiyasının sədri Esteban Peres, Avropa Karate Federasiyasının Hakimlər Komissiyasının sədri Primoz Debenak və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat komitəsinin nümayəndələri yarışlara hakimlik ediblər.