Bu gün "Bakı-2015" Avropa oyunları münasibətilə Şəmkirdə planlaşdırılan "Alov festivalı" dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq təxirə salınıb. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
"Məşəl sadəcə proqrama əsasən regiondan keçəcək", deyə S.Məmmədova bildirib.
Qeyd edək ki, mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.