SON DƏQİQƏ: Hacı İbrahim ölkədən qaçarkən saxlanıldı

10:40 20 May 2015

“Xəzər adaları” futzal klubunun sahibi Hacı İbrahim Nehrəmlinin bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılaraq dindilməsi barədə məlumat vermişdik.

 

SportArena.az xəbər verir ki, iki gün öncə isə onu yenidən həmin idarəyə gətiriblər. O, hələ də həmin idarədə saxlanılır. Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Qəzetə məlumat verən şəxs bildirib ki, “Avesta” konserninin rəhbəri olan Hacı İbrahim Nehrəmli mayın 13-də BMCQMİ-yə aparılandan sonra istintaqla aralarında razılaşma əldə edilib. Buna görə də ona saxlanılan digər sahibkarlardan fərqli münasibət göstəriblər, dindirmədən sonra azad ediblər.

İş adamı sərbəst buraxılandan sonra mətbuata açıqlama verərək Beynəlxalq Bankdan götürdüyü kredit borclarını mayın 19-na qədər geri qaytarmaq öhdəliyi götürdüyünü açıqlamışdı. Məlumata görə, bundan sonra Hacı İbrahim Nehrəmli ölkədən gizli yolla çıxmaq istəyib. O, Gəncə aeroportuna gedərək yaxın dostunun özəl təyyarəsi ilə Türkiyəyə uçmaq istəyib.

Lakin təyyarəyə son anda uçuş icazəsi verilməyib. Təyyarədən düşürülən “Avesta” konserninin prezidentini Gəncədən birbaşa BMCQMİ-yə gətiriblər. Hacı İbrahim Nehrəmlinin barəsində məhkəmənin həbs qərarı verəcəyi gözlənilir.

İbrahim Nehrəmlinin sahibi olduğu klub - “Xəzər adaları” Azərbaycanı UEFA kubokunda təmsil etməliydi. Güman ki, bu komandanı ölkə kubokunun sahibi “Fənər” əvəzləyəcək.komanda.az


Digər xəbərlər

Xəbər xətti