11 yaşadək futbolçular arasında Azərbaycan çempionatının final matçında Bakının Binəqədi rayonundakı yanğın hadisəsi qurbanlarının xatirəsi yad ediləcək.
SportArena.az xəbər verir ki, "Bayıl Arena"da bu gün U-11 Liqasında "Neftçi" və "İnter" komandaları arasında keçiriləcək həlledici qarşılaşmadan öncə 1 dəqiqəlik sükut elan olunacaq. Komandalar meydana qara sarğıyla çıxacaqlar.