Keçmiş "Xəzər Lənkəran"lı: "İstərdim ki, hər şey yaxşı alınsın və mən "İnter"də oynayım"

14:01 20 May 2015

"İnter"dən ayrılıacğı deyilən daha bir futbolçu da Əfran İsmayılovdur. Belə ki, yayılan xəbərlərə görə, Əfran "Neftçi" və PTT klublarının diqqət mərkəzindədi.

 

SportArena.az olaraq, Əfranla əlaqə saxlayıb, məsələ haqqında soruşduq:

 

"İnter" rəhbərliyi bildirdi ki, hələlik heç bir kluba keçmək haqqında düşünməyək. Çünki, yaxın zamanda büdcə təsdiqlənəcək və hansı futbolçunun nə qədər ala biləcəyi bəlli olar. Bu kimə sərf etdisə qalar, istəməyən də gedər. Mən də hələ tələsmirəm. Çox istərdim ki, hər şey yaxşı alınsın və mən "İnter"də oynayım. Menecerimə də tapşırmışam ki, heç bir klubla danışıqlar aparmasın. Belə bir real təklif də yoxdur düzünü desəm".


Digər xəbərlər

Xəbər xətti