SON DƏQİQƏ: "Xəzər Lənkəran" yenə təcrübəsiz qapıçının ümidinə qaldı

15:32 20 May 2015

"Xəzər Lənkəran"ın xorvat qapıçısı Tomi yenidən zədələnib.

 

SportArena.az xəbər verir ki, qapıçı çiynindəki zədəni yenilədiyi üçün, bu gün Lənkərandakı hazırlıqda iştirak etməyib. Qapıçının "Sumqayıt"la matçı buraxacağı gözlənilir. Belə olan halda ümid yenə "Xəzər Lənkəran"ın gənc qapıçısı Tərlan Qasımzadəyə qalır.

Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" matçı mayın 22-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti