Topaz Premyer Liqasının XXXIV turunda AZAL-la oyun zamanı "Xəzər Lənkəran"ın futbolçusu Tural Cəlilovun yaddaşı itib. Klubdan "Report"a verilən məlumata görə, matçın 89-cu dəqiqəsində zədələnən müdafiəçi özünü yaxşı hiss etməyib.
Nəticədə o, Mahsun Qənbərli ilə əvəzlənib. 29 yaşlı futbolçunun yaddaşı 4 saatdan sonra bərpa olunub. Klubun tibbi heyətinin yardımından sonra Cəlilov əvvəlki vəziyyətinə qayıdıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.