UEFA Çempionlar Liqasının (ÇL) final matçına təyinat alan türkiyəli referi Cüneyt Çakıra qadağa gəlib.
SportArena.az xəbər verir ki, UEFA ona danışmamağı tapşırıb.
Qitə futbol qurumunun rəsmi saytı vasitəsilə açıqladığı bu təyinatdan sonra Çakırın telefonu susmaq bilməyib. Çox sayda təbrik mesajı alan 39 yaşlı FİFA hakimindən yerli mətbuat da müsahibə almaq üçün yarışıb.
Lakin UEFA Türkiyə Futbol Federasiyasına ünvanladığı məktubda Çakırın final görüşünə qədər mətbuata müsahibə verməməsini tapşırıb. Bu səbəbdən də türkiyəli hakim jurnalistlərin müsahibə tələblərini geri çevirməli olub.
Qeyd edək ki, Çempionlar Liqasının final matçı iyunun 6-da Berlində keçiriləcək və "Barselona" ilə "Yuventus" komandaları üz-üzə gələcək.