"İnter" və "Simurq" üçün ŞOK: Cahangir Hacıyev də "Bandotdel"ə çağrıldı

11:04 21 May 2015

Beynəlxalq Bankın sabiq prezidenti və "İnter" PİK-in sahibi Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
 
 
SportArena.az xəbər verir ki, məlumatı “Azadlıq” qəzeti yayıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi barədə hələlik məlumat yoxdur.
 
Xatırladaq ki, bir neçə həftədir ki, Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri "Bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, "Simurq"un prezidenti Anar Bəkirov də bir müddət əvvəl "Bandotdel"də dindirilmişdi.


Digər xəbərlər

Xəbər xətti