Topaz Premyer Liqasının XXXV turu çərçivəsində baş tutacaq "Sumqayıt" - "Xəzər Lənkəran" oyunu cənub klubun kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olacaq.
SportArena.az xəbər verir ki, kapitan bu oyunla "Xəzər Lənkəran"ın heyətində 300-cü oyununu keçirəcək. Matç mayın 22-də baş tutacaq.
Qeyd edək ki, Əmirquliyev karyerası ərzində "Xəzər Lənkəran"dan başqa 2005/06 mövsümündə Qusarın "Şahdağ" klubunun formasını geyinib.