Qadın və kişi voleybolçular arasında CEV və “Çelenc Cup” turnirlərinin püşkatmasının vaxtı dəqiqləşib.
SportArena.az xəbər verir ki, səviyyəsinə görə qitənin ikinci və üçüncü dərəcəli klub yarışlarının püşkü iyunun 5-də atılacaq.
Mərasim Lüksemburqda baş tutacaq. Bu yarışlarda Azərbaycan 1 və ya 2 komanda ilə təmsil oluna bilər. Əgər Avropa Voleybol Konfederasiyası Çempionlar Liqasında ölkəmizə “wild card” verməsə, “Azəryol”la “Azərreyl” CEV kubokuna qatılacaq.
Qeyd edək ki, klublarımızdan “Rabitə” və “Lokomotiv” Çempionlar Liqasında oynayacaq.