Neftçala"nın Birinci Divizionda çempion olmasına baxmayaraq, komanda Premyer Liqaya buraxılmır. Hər-halda AFFA-nın son iclasında bu qərrar verildi.
SportArena.az olaraq, "Neftçala"nın qapıçısı Ramil Kərimovla əlaqə saxlayıb, məsələ haqqında fikirlərini öyrəndik:
"İlk olaraq, bir-neçə gün öncə baş verən faciəyə görə, Azərbaycan xalqına baş sağlığı verirəm. Orada dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Qaldı ki, "Neftala"nın üzləşdiyi bu problemə, bizə hələlik konkret heçnə deyilməyib. Qarşıda bir rəsmi oyunumuz var, onu da qələbə ilə başa vurub, qərar gözləyəcəyik. Amma biz başqa bir şey istəmirik, ancaq öz haqqımızı. Əgər biz qalib oluruqsa, niyə bizdən zəif olanlar Premyer Liqaya getməlidir? Çünki, bir-neçə tur qalmış çempion olduq. Yaxşı komanda formalaşdırdıq. Yən ki, heç bir keyfiyyətdə Premyer Liqa klublarından geri qalmırıq. Bizim üçün verilən bu qərar futbolçulara çox pis təsir edib. Çünki, uzun zamandı məşq edirik, bayramlarda evimizdə olmurduq ki, məqsdimizə çataq. Amma yenə də ümidimizi üzməmişik. Gözləyirik görək nə olur. "Neftala" Premyer Liqaya çıxmasa bele məm yenə bu komandada qalmaq istəyirəm".
Cavid ƏHMƏDOĞLU