Kamal Quliyev hələ də inanır: "Lehimizə qərar veriləcək"

13:25 21 May 2015

"Neftçala"nın Birinci Divizinda qalib olması onların Premyer Liqaya çıxmasına yardımçı olmadı. belə ki, AFFA son iclasdan sonra qərara aldı ki, "Neftçala" klubuna lisenziya verilməsin.

 

SportArena.az olaraq, "Neftçala"nın baş məşqçisi Kamal Quliyevlə əlaqə saxlayıb, məsələ haqqında fikirlərini öyrəndik:

 

"Bu işə ayın 22-də yenidən baxılacaq və lehimizə qərar veriləcəyinə inanıram. Biz məsələyə yenidən baxmaq üçün apellyasiya şikayəti verməmişik, amma bizim klubda sənəd və digər məsələlər tam olaraq yerindədir. Yəni ki, bizim klubda hər şey qaydasındadır və xeyrimizə qərar verilsə, lisenziyalaşdırmanın tələbini tam təmin etməyə hazırıq".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti