"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin Azərbaycan çempionatı davam edir.
Çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə 69, 76, 85 və 100 kq, sərbəst güləş üzrə 42, 46 və 50 kq çəki dərəcəsində 111 pəhləvan mübarizə aparıb. Qalib və mükafatçılar aşağıdakı kimidir.
Yunan-Roma güləşi
69 kq 1. Ülvi Qənizadə (Neftçi İK) 2. Röyal Muradov (Şəmkir) 3. Orxan Əsgərov (Neftçi İK) 3. Nəsir Həsənov (Cəngi GK) |
76 kq 1. Rüfət Güləliyev (Naxçıvan, Gömrükçü İSM) 2. Cavanşir Qasımov (Mingəçevir) 3. Rövşən Məhəmmədtağızadə (Neftçi İK) 3. Aslan Məmmədov (ROİL) |
|
85 kq 1. Uğur Hacılı (DİN İC) 2. Cavid Yusifov (Bakı GK) 3. Məhəmməd Alxaslı (Zəngilan) 3. Yaşar Zamanov (Təhsil İC) |
100 kq 1. Camal Feyziyev (16 UGİM) 2. Sərxan Məmmədov (Həyat GK) 3. Abbas Əliyev (ROİL) 3. Tarış Əbilov (Zəngilan) |
Sərbəst güləş
42 kq 1. Əsgər Məmmədəliyev (Sumqayıt, Neftçi İK) 2. Cavid Cavadlı (ROİL) 3. Arif Bağırov (Gəncə, TİM) 3. Şahin Muxtarov (Xosrov GK) |
46 kq 1. Tural Bayramov (Gəncə) 2. Röyal Ağamalıyev (Cəlilabad, Gömrükçü İSM) 3. Elmar Cəlilov (Azəri İK) 3. Mahir Mahmudov (Şamaxı) |
|
50 kq 1. Rakif Eminov (Xaçmaz) 2. İslam Bazarqanov (Atasport) 3. Əliabbas Rzazadə (ROİL) 3. Şahin Əlifzadə (Abşeron, Neftçi İK) |
Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.