Azərbaycanın voleybolçu qadınlardan ibarət "Rabitə" klubunun adı dəyişib.
SportArena.az xəbər verir ki, son illərin əvəzedilməz çempionu bundan sonra "Telekom" adlanacaq. Belə bir qərar klubda sponsor dəyişikliyi ilə əlaqədar verilib.
Qeyd edək ki, "Rabitə" klubu 2004-cü ildə yaranıb. Komanda 2008-ci ildən etibarən voleybol üzrə Azərbaycan Super Liqasında mübarizə aparır. 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub.