"Neftçi"nin icraçı direktoru: "Qarabağ müharibəsi dövründə mənim 12-13 yaşım var idi"

16:30 21 May 2015

"Dadaş Zeynalovla 7 ay birlikdə çalışmışıq. Onunla hansısa problemimiz olmayıb. İşdən ayrılmaqla bağlı ərizəylə müraciət edib, biz də müsbət cavablandırmışıq".

 

Bu sözləri korner.az-a açıqlamasında "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov klubun işdən ayrılan operatoru Dadaş Zeynalovun iddialarına cavabında deyib.

Dadaş Zeynalov dünən açıqlama verərək, Elnur Məmmədovu ittiham etmişdi. "Neftçi" rəsmisi də bu ittihamlara cavab verib:

"Bilirsiz ki, klubda yeni struktur qurulur. Onunla işləmək istəməsək, yeni strukturda onu da nəzərə almazdıq. Halbuki biz ona yeni şərtlərlə müqavilə təklif etdik. Dünən mənimlə görüşmək istədi, görüşdük və dedi ki, yeni şərtlərlə razı deyil. Ərizəsini təqdim etdi. Ona gələcək karyerasında uğurlar arzulayıram".

Məmmədov Zeynalovun Qarabağ döyüşlərində iştirak etdiyini dilə gətirməklə manipulyasiya etdiyini də vurğulayıb:

"Mənə dedi ki, mən Qarabağ müharibəsində döyüşəndə siz harda idiz? Mən də dedim ki, Qarabağ müharibəsi dövründə mənim 12-13 yaşım var idi, sizin yaşınız hərbi xidmətə düşüb və döyüşə getmisiz. Bu gün yenidən müharibə başlasa, biz gedəcəyik. Qarabağ müharibəsi ən ağrılı yerimizdi, bu faciənin toxunmadığı azərbaycanlı ailəsi, yəqin ki, tapılmaz. Sadəcə, belə həssas mövzu ilə manipulyasiya etmək xoş deyil".


Digər xəbərlər

Xəbər xətti