"Bakı-2015": Avropa Oyunları üçün yeni servislər təqdim edildi

17:09 21 May 2015

Regional elektron xəritə və naviqator Gomap Bakı 2015 Avropa Oyunları üçün yeni servislər təqdim edib.

 

SportArena.az xəbər verir ki, servislər Bakıda keçirilən Türkdilli dövlətlərin Mədəniyyət nazirlərinin görüşündə təqdim olunub.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyilə yaradılmış Gomap.az-da ilk Avropa Oyunlarının keçirildiyi bütün idman obyektləri xüsusi qeyd edilib və həmin obyektlərə getmək üçün avtobus marşrutlarının xətləri göstərilib.

Bakı 2015 Avropa Oyunları ilə baglı xəritələrlə yaxın tanışlıq www.gomap.az/baku2015 linki ilə mümkündür.

Yeni servislər azərbaycanlı idmansevərlərə və şəhərimizin qonaqlarına idman obyektlərinə getmək üçün daha rahat şərait yaradacaq.

Həmçinin I Avropa Oyunları münasibətilə Bakının xəritəsi ilə işləyən, ödənişsiz "Yollar" offline naviqatoru yaradılıb. Bu proqramı mobil qurğuya yükləyən hər bir istifadəçi ondan internetə çıxış olmadan da rahat istifadə edə bilər. İnternet bağlantısı olarsa, həm də yollardakı trafik vəziyyətini də izləmək olar. Həmçinin daha geniş funksionallı, Azərbaycan, Gürcüstan və Türkiyənin xəritəsilə işləyən "YollarPro" offline navigator proqramı da GoMap.Az xəritəsinin əsasında yaradılıb.

Yeni servislərdən biri də Bakı şəhərində trafik haqqında məlumatın xəritə üzərində əks etdirilməsidir. İndi hər bir GoMap.Az istifadəçisi Azərbaycanın hər bir yolunda olan trafik vəziyyəti ilə tanış ola bilər.

Qeyd etmək lazımdir ki, hazırda Gomap.az elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə, 118000 maraq nöqtəsi (POİ), 5000 tarixi-memarlıq abidəsi, 1,2 milyon bina və tikili, 77,6 min avtomobil yolları, 40,9 min kv. km meşə, çəmənlik, park və yaşıllıq zonası, 54,6 min km çay, kanallar, su ötürücüləri, 3,8 min km dəmir yolu, 959,5 min km göllər, dənizlər və su anbarları, əks etdirilib.


Digər xəbərlər

Xəbər xətti