Pepe Reyna bu mövsüm icarə əsasında oynadığı "Bavariya"dan ayrılıb.
SportArena.az xəbər verir ki, ispan qolkiper "Bavariya" ilə yeni müqavilə imzalamayıb.
Bu mövsüm cəmi üç matçda meydana çıxan P.Reyna komanda yoldaşları ilə vidalaşıb və sabiq klubu "Napoli"yə qayıdıb.