Dortmund “Borussiya”sının türkiyəli futbolçusu Nuri Şahin karyerasını ölkəsində davam etdirə bilər. 27 yaşlı yarımmüdafiəçi ilə “Trabzonspor” yaxından maraqlanır.
“Bordo-mavililər” Nurini birdəfəlik transfer etmək haqda düşünmürlər. Qaradəniz təmsilçisi Şahini 1 mövsümlük icarəyə götürmək niyyətindədi.
“Borussiya” rəhbərliyi hələlik bu təklifə cavab verməyib.
Qeyd edək ki, karyerası ərzində “Feyenord”, “Real” və “Liverpul” klublarının da formasını geyinmiş Nuri Şahin 2005-ci ildən Türkiyə millisinə dəvət alır.