Tanınmış məşqçimiz dəfn olunub

10:01 22 May 2015

Azərbaycan futbolunun və "Neftçi" tarixinin unudulmaz simalarından hesab olunan Əhməd Ələsgərov bu gün yaşadığı Ukraynanın Odessa şəhərində torpağa tapşırılıb.
 

Dəfn mərasimində "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov da iştirak edib. 


Xatırladaq ki, Əhməd Ələsgərov baş məşqçi kimi 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" (Odessa) klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb. O, yığma komandamızın ilk baş məşqçisi kimi tarixə düşüb.


Digər xəbərlər

Xəbər xətti