Rahid Əmirquliyev 300-ü şərh etdi: "Xəzər Lənkəran" əvvəlki gücünü qaytaracaq"

10:31 22 May 2015

Xəbər verdiyimiz kimi Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev bu gün "Sumqayıt"la oyuna çıxarsa, bu onun "Xəzər Lənkəran"ın heyətində 300-cü matçı olacaq.

 

SportArena.az olaraq, Rahidlə əlaqə saxıayıb, bu məsələyə münasibətini öyrəndik:

 

"Xəzər Lənkəran" mənim karyeramda xüsusi yer tutur. Bu komandanın heyətində meydana çıxmaq həmişə xoşdur. Yəni ki, 300-cü və ya başqa sayda olmağı elə də önəmli deyil. Bu mövsüm elə də uğurlu olmadı, amma inanıram ki, gələn mövsüm yenidən "Xəzər Lənkəran" öz əvvəlki gücünü geri qaytaracaq".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti