İyunun 7-də Avstriyanın Pölten şəhərindəki NV Arena-da Azərbaycan və Serbiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
SportArena.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşmanı Avstriyadan olan hakimlər idarə edəcək.
Matçın baş hakimi Harald Lechner olacaq. Ona Andreas Heidenreiç və Roland Riedel köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Manuel Şüttengruber yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.