SİYAHI Prosineçki millimizin heyətini açıqladı

15:42 22 May 2015

Azərbaycan milli komandasının iyunun 7-də Avstriyada Serbiya yığması ilə keçirəcəyi yoldaşlıq oyunu və "Avro-2016"nın seçmə mərhələsinin Norveçlə qarşılaşma üçün heyəti açıqlanıb.

 

SportArena.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki qarşıdakı oyunlar üçün 25 futbolçuya dəvət göndərib. 

Daha öncə "Neftçi"dən heç bir futbolçuya dəvət göndərməyən xorvatiyalı mütəxəssis bu dəfə "ağ-qaralar"dan iki oyunuçunu - Aqil Məmmədov və Araz Abdullayevi yığmaya çağırıb. 

Fiziki cəhətdən hazır olmadığı üçün "Qranada"nın futbolçusu Eddi İsrafilov millidən kənarda qalıb. Əvəzində "Metallurq"un (Ukrayna) müdadiəçisi Pavel Paşayev ilk dəfə yığmamıza dəvət alıb.

Qeyd edək ki, Norveç - Azərbaycan oyunu iyunun 12-də, Osloda keçiriləcək. 




Kamran Ağayev – “Kayserispor” (Türkiyə)
Aqil Məmmədov – “Neftçi”
Emil Balayev – “Ayntraxt” (Almaniya)
Maksim Medvedev – “Qarabağ”
Bədavi Hüseynov – “Qarabağ”
Rəşad Sadıqov – “Qarabağ”
Məhəmməd Mirzəbəyov – “İnter”
Arif Daşdəmirov – “İnter”
Ruslan Abışov – “Qəbələ”
Pavel Paşayev – “Metallurq” (Zaporojye, Ukrayna)
Qara Qarayev – “Qarabağ”
Cavid Tağıyev – “Qarabağ”
Elvin Camalov – “Qəbələ”
Cavid Hüseynov – “Qəbələ”
Coşqun Diniyev – “İnter”
Elvin Məmmədov – “İnter”
Əfran İsmayılov – “İnter”
Dmitri Nazarov – “Karlsrue” (Almaniya)
Tuğrul Erat – “Fortuna Düsseldorf” (Almaniya)
Ruslan Qurbanov – “Hayduk” (Xorvatiya)
Araz Abdullayev – “Neftçi”
Rahid Əmirquliyev – “Xəzər Lənkəran”
Elnur Cəfərov – “Xəzər Lənkəran”
Vüqar Nadirov – “Qarabağ”
Məhəmməd Qurbanov – “Sumqayıt”


Digər xəbərlər

Xəbər xətti