Aqil Məmmədov: "Düşünürəm ki, oyunumuzun nəticəsi qələbə olmalı idi"

20:40 22 May 2015

Topaz Premyer Liqasının XXXV turu “Sumqayıt” üçün uğurlu alındı. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdi.

 

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Yaxşı oynadıq. Azarkeşləri, futbolçuları təbrik edirəm. Düşünürəm ki, oyunumuzun nəticəsi qələbə olmalı idi. Mən rəqibin qapıçısı Tərlan Qasımzadənin oyununu qeyd etməliyəm. Daha çox qol vura bilərdik. Amma Tərlan yaxşı çıxış etdi”.


Digər xəbərlər

Xəbər xətti