Topaz Premyer Liqasının XXXV turunda keçirilən “Bakı” – “Neftçi” görüşündə hesab açılmadı.
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Çempionatın sonuna doğru gedirik. Futbolçularda motivasiya azalıb. Biz əsas diqqətimizi kubokun finalına yönəltmişik. Çempionat oyunları isə gənc futbolçular üçün şansdır. Onlar təcrübə toplamalıdırlar”.