Premyer Liqasının qalibi “Qarabağ”a qızıl, ikinci pillənin sahibi “İnter”ə gümüş medallar təqdim edildikdən sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
SportArena.az xəbər verir ki, Məmmədov bunları deyib:
"Avrokuboklar zamanı kimin güclü, kimin zəif olduğunu görəcəyik. Orada qeydə alınacaq nəticələr əsasında fikir yürütmək olar ki, bu çempionat əvvəlkilərdən zəif, və ya güclü olub. Avropada müsbət nəticə qazanmaq vacibdi. Keçən il nəticəmiz yaxşı oldu. “Qarabağ” Avropa Liqasının qrup mərhələsində iştirak etdi. “Dnepr”ə baxanda, düşünürük ki, “Qarabağ” finalda olmalı idi".