Beynəlxalq Bankdan götürülən böyük məbləğli kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işinin miqyası, getdikcə genişlənməkdədir.
SportArena.az xəbər verir ki, barəsində həbs-qətimkan tədbiri seçilən iş adamlarından biri də, məşhur oliqarx, "Bakı" klubunun sahibi Hafiz Məmmədovdu.
Məlumata görə, Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri Nəsimi rayon məhkəməsi tərəfindən mayın 18-də seçilib.Ancaq Hafiz Məmmədovu həbs etmək mümkün olmayıb. Belə ki, bu qərarın verilməsindən 2 gün əvvəl – mayın 16-da "Hafka” ölkədən qaça bilib.
Həbs ediləcəyindən əvvəlcədən xəbərdar olan Hafiz Məmmədovun Azərbaycandan necə və hansı ölkəyə qaçdığı məlum deyil.idmanxeber.com