"Maşın" şounun növbəti buraxılışında tamaşaçılar arasına sürpriz qonaqlar gəlib.
SportArena.az xəbər verir ki, müəllifi və aparıcısı Murad Dadaşov olan proqramda verilişin qonaqları arasında tanınmış Azərbaycan idmançıları K-1 döyüşçüsü Zabit Səmədov, karate üzrə Dünya Çempionu Rafael Ağayev, Dünya və Olimpiya Çempionu, eyni zamanda Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmədov olub.
“Mauqli” ləqəbi ilə qazandığı uğurlardan sonra ölkəmizin bayrağını xarici ölkələrdə dalğalandıran Zabit Səmədov mayın 19-da Bakıda baş verən dəhşətli hadisədə dünyasını dəyişənlərin ailəsinə başsağlığı diləyib.
Digər çempionlarımız da onun sözlərinə həmrəy olduqlarını vurğulayaraq, verilişin iştirakçılarına, eləcə də qarşıda gələn I Avropa Oyunlarında iştirak edəcək azərbaycanlı iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, üç günlük fasilədən sonra yayımlanan "Maşın" şounun növbəti buraxılışında iştirakçıların gizli səsverməsi nəticəsində yarışmanı tərk etməyə namizəd olan müğənni Xatirə İslam sonda 64.14% səs yığaraq aktrisa Mehriban Xanlarovanı verilişdən uzaqlaşdırıb.