Premyer Liqanın 35-ci turunda keçirilən "Sumqayıt"-Xəzər Lənkəran" (2:0) oyunu Rahid Əmirquliyevin cənub təmsilçisinin heyətində çıxdığı 300-cü oyunu oldu.
Sportarena.az xəbər verir ki, Rahid lənkəranlı azarkeşlərin də sevimli futbolçusudur.
Təsadüfi deyil ki, matç boyu "Rahid, Rahid", "Ən böyük kapitan bizim kapitan" deyən "Xəzər Lənkəran" azarkeşləri qarşılaşmadan sonra Əmirquliyevlə selfie də çəkdirdilər.