Xəbər verdiyimiz kimi Vladiqafqaz şəhərində U-19-un çalışdırıcısı Nazim Süleymanovun 50 illik yubileyi şərəfinə "Alaniya" və "Neftçi"nin veteranları arasında oyun keçiriləcək.
SportArena.az xəbər verir ki, Süleymanov və veteranlar artıq bu gün Vladiqafqaza yola düşüb.
Millimizin sabiq üzvü üçün ayrılmış avtobusun üzərində yazılmış "Nazim Süleymanov-50" yazısı və sabiq futbolçunun "Alaniya" formasındakı fotosu diqqət çəkib.