"Xəzər Lənkəran"- Kapitanın yubiley, komandanın zəif oyunu və Eliko…

12:12 23 May 2015

Məlum olduğu kimi “Xəzər Lənkəran” bütün ev və  səfər oyunlarından reportajlar  mütəmadi olaraq azarkeş saytında təqdim olunur.

 

Bu reportajlarda azarkeşlərin marağına səbəb ola biləcək oyun və oyun ətrafında olan ən xırda detallrı belə işıqlandırmğa çalışırıq.

“Sumqayıt”la səfər matçı da istisna olmadı. Beləliklə “Sumqayıt”- “Xəzər Lənkəran”, “Kapital Arena” stadionu, 22-may, saat 18:00.

Oyundan öncə…

Oyundan öncə stadionun diktoru Rahid Əmirquliyevin “Xəzər Lənkəran”dakı 300-cü oyununa çıxdığını elan etdi.

Bu anda futbolçular bir-birlərini salamlamadan öncə təxminən 2 dəqiqə gözləməli oldular. Və nəhayət Höccət müəllim tələsik addımlarla meydançaya daxil olub Rahidə yaxınlaşdı və ona “Xəzər Lənkəran”ın simvolik olaraq 300 nömrəli futbolkasını təqdim etdi. Daha sonra mayın 19-da Bakıda baş vermiş məlum faciənin qurbanları 1 dəqiqəlik sükutla yad edildi.

Oyun…

Oyuna gəldikdə, matç “Sumqayıt”ın aktiv hücumları ilə başladı. “Xəzər Lənkəran” isə daha çox müdafiə-yarımmüdafiə arasındakı ötürmələrlə yadda qalırdı. Çox vaxt bu ötürmələr də dəqiq alınmırdı. Bunun davamı olaraq rəqibin hücum xəttindəki futbolçuları pressinq tətbiq etməklə müdafiəçilərimizi növbəti ötürmə səhvlərinə məcbur edirdilər. Bundan yararlanan meydan sahibləri matçın 13-cü dəqiqəsində topu meydanın “Xəzər Lənkəran”a aid olan hissəsində ələ keçirib qapıçımızla üz-üzə qaldılar və hesabı açdılar. Bundan sonra oyun nisbətən sakitləşdi. Komandamız isə heç cür hücum qura bilmir və irəli ötürmələri də qeyri-dəqiq alınırdı. İlk hissədəki növbəti qol isə matçın 28-ci dəqiqəsinə təsadüf etdi. Rəqibin cərimə zərbəsindən vurduğu topu qapıçımız Tərlan Qasımzadə qaytara bilsə də, özünü yetirən rəqib futbolçu hesab arasındakı fərqi artırdı. Komandamızı üçüncü qoldan isə Qasımzadə qurtardı. O, “Sumqayıt”lı hücumçu ilə təkbətək mübarizədən qalib ayrıldı. Ümumilikdə, bu oyunda Tərlan, “Xəzər Lənkəran”ın heyətinin ən yaxşısı idi. Komandanın ikinci hissədə də bərbad oyununun fonunda gənc qapıçımızın uğurlu seyvləri “Xəzər Lənkəran”ı daha böyük biabırçı məğlubiyyətdən qurtardı. İkinci hissənin sonlarına doğru komandamız meydanda legionersiz qaldı. Belə ki, daha öncə yüngül zədələnən Alfred Sanko meydanda əvəzlənmişdisə, son dəqiqələrdə ikinci sarı vərəqəni görən Skarlatake komandasını azlıqda qoydu. Beləliklə, xətlərarası əlaqələri çox bərbad səviyyədə olan “Xəzər Lənkəran” oyun boyu rəqib qapıya cəmi iki zərbə endirə bildi ki, bu zərbələr də çox zəif və təhlükəsiz alınınca, səfərdə 0-2 hesablı məğlubiyyətlə barışmalı oldu.

Oyundan kənar…

Bu oyunda “Xəzər Lənkəran”ın “Green Gate 2” fanat qrupu xüsusilə fərqləndi. Onların arasında yenicə azadlığa çıxmış azarkeşimiz Elman Tağıyev (Eliko) də var idi. Məğlubiyyətə baxmayaraq 90 dəqiqə boyunca azarkeşlərimiz komandamızı yalnız buraxmadılar.12cioyuncu


Digər xəbərlər

Xəbər xətti