PFL-in prezidenti Ramin Musayev “İnter” - “Qarabağ” oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
SportArena.az xəbər verir ki, Musayev bildirib ki, gələn mğvsümdən Premyer Liqadakı klubları sayı 12-də ola bilər:
“Premyer Liqanın yeni mövsümü builkindən daha maraqlı olacaq. Bunu əminliklə sizə bildirirəm. Gələn mövsüm Premyer Liqada ən azı 10 klub çıxış edəcək. Bu rəqəm 12 də ola bilər. Yaxşı sponsor tapsanız, gətirin 12 komanda olsun"