“Eliko Ləzginçik” yenidən fanatların arasında: “Lənkəranda da tribunada olacam”

14:21 23 May 2015

Bu “Xəzər Lənkəran” azarkeşini hamı tanıyır. “Böyük Oyun”dan sonra günahsız şəkildə həbs edilərək ilyarım türmədə yatan Elman Tağıyevi nəzərdə tuturuq. Çoxumuzun “Eliko Ləzginçik” deyə bildiyimiz azarkeş dünən sevimli komandasının “Sumqayıt”la səfər oyununda yenidən tribunadaydı. Cənub klubunu yenilsə də, bir qrup azarkeşlə birlikdə öz yerində olan Elman əvvəldən sona qədər dəstək oldu komandasına. Sevincli, yenidən həqiqi azadlığını bərpa etmiş kimi görünürdü. Şansı qaçırmadıq. Kiçik bir müsahibə götürərək hisslərini bölüşməyini istədik.

 

- Elman, azarkeşin iki evi olur: bir həqiqi yaşadığı ev, bir də tribuna. Bir neçə gün əvvəl birincisinə, indi də ikinci evinə qovuşdun. Özünü necə hiss edirsən?
- Çox gözəl. Darıxmışdım tribuna üçün. Allaha şükür olsun ki, qovuşdum.


- Sevinmək, üzülmək, yenidən şüarlar səsləndirmək...
- Əsl azadlıq hissidi. Bunu yaşamaq çox xoşdu. Tribunada yerimi tutmuşam. “Xəzər Lənkəran” mənim sevgimdi. Bu gün yenə sevgilimlə görüşə gəlmişəm.


- “Sevgili”ni meydandan necə gördün?
- Uduzduq. Ancaq bu, olan şeylərdi. Biz “Xəzər Lənkəran”ı kuboklara, medallara görə sevməmişik. Olduğu kimi qəbul edir, varlığına yetinirik.


- Gələn mövsüm üçün komandadan nə gözləyirsən?
- Heç bir fərqi yoxdu. Lap sonuncu yerdə olsun, fərq etməz. Düzdü, qələbə qazanmasını, çempion olmasını istəyirəm. Amma olmasa da, mən bu klubu sevirəm. Nə olursa-olsun, bu sevgi dəyişməyəcək.


- Tribuna yoldaşların səni necə qarşıladılar?
- Onlar da, mən də sevindim. Çox sağolsunlar.


- Lənkəranda da tribunada olacaqsan?
- Bəli. “Simurq”la matçda ordayam.


- Artıq indidən özünü tribuna lideri hiss edirsənmi?
- Onu mən yox, tribunadakılar deyə bilər. Mən “Xəzər Lənkəran” azarkeşiyəm. Onların içərisindəyəm. Liderlik isə kənardakıların verdiyi qiymətdi.

rekord.az


Digər xəbərlər

Xəbər xətti