FOTOLAR İbrahim Nehrəmli milyonluq avtomobillərini satışa çıxardı

14:47 23 May 2015

Son günlər başı üzərində «qara buludlar dolaşan» tanınmış iş adamı, "Xəzər adaları" futzal klubunun prezidenti İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb.
 
 
Sportarena.az avtosfer.az-a istinadən xəbər verir ki, İbrahim Nehrəmli bu məqsədlə rəhbəri olduğu «Avesta» şirkəti ilə yanaşı, bir çox əmlakını da satışa qoyub. Dünən oliqarxın özünün idarə etdiyi «Bentley» markalı avtomobilin Bakıdakı «Bentley» servisdə satışa qoyulduğunu görənlər olub. Əldə etdiyimiz məlumata görə, Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb. Həmin avtomobillər arasında son model «Rolls Royce-Phantom» (1 milyon dollar), «Range Rover» (180 min), «Nissan Patrool» və digər model maşınlar da mövcuddur.
 
Qeyd edək ki, «Bentley» markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi «Bentley» sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib; təxminən 300 min dollar.


Digər xəbərlər

Xəbər xətti