“Mançester Yunayted” mövsümün sonunda Robin van Persi ilə yolları ayıra bilər.“Mankunianlar”ın hollandiyalı hücumçusunun İngiltərəni tərk edəcəyi gözlənilir.
Məsələ ilə bağlı açıqlama verən Mançester klubunun baş məşqçisi Lui van Qal geniş danışmaq istəməyib: “Gözləmək lazımdı. İndidən bu barədə konkret bir söz deyə bilmərəm”.
Van Persinin “Mançester Yunayted”lə 2016-cı ilə qədər müqaviləsi var. Buna baxmayaraq, klub rəhbərliyinin təcrübəli futbolçu ilə əməkdaşlığa son qoymaq istədiyi bildirilir.
Qeyd edək ki, van Persi “Mançester Yunayted”ə 2012-ci ildə “Arsenal”dan transfer olunub. O, Premyer Liqanın cari mövsümündə 27 oyunda 10 qol vurub.