Dövlət klublarımıza 1,5 milyon manat verir? Baş katib açıqladı

16:11 23 May 2015

Son vaxtlar yayılan xəbərlərə görə, növbəti mövsüm üçün dövlət tərəfindən Premyer Liqa iştirakçılarına 1,5 milyon manat vəsait ayrılacaq.

 

SportArena.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu məsələyə münasibət bildirib:

 

"Belə xəbərləri ancaq mətbuat vasitəsi ilə oxumuşuq. Bu il 2005-2015-ci illəri əhatə edən dövlət proqramı başa çatacaq. Biz artıq həm dövlətə, həm də beynəlxalq futbol qurumlarına öz hesabatımızı təqdim etmişik. Artıq yeni proqram üzərində çalışırıq. Tezliklə bu məsələ də öz həllini tapacaq. Müddət dövlət tərəfindən müəyyənləşdiriləcək. Bu, həm 5, həm də 10 illik proqram ola bilər. Səsləndirdiyiniz məbləğə gəlincə, bunu sizdən eşidirəm. Buna dövlət qərar verə bilər"


Digər xəbərlər

Xəbər xətti