“Simurq”un avtobusları satışa çıxarıldı - 45 min manatlıq avtobuslar Bakıdadı

20:48 23 May 2015

"Simurq"da maliyyə problemlərinin yarandığını, rəhbərliyin futbolçulara borclu olduğu məvacibləri verə bilmədiyini xəbər vermişdik.

Növbəti mövsümdə Premyer Liqada çıxış etmək üçün lisenziya alsa da, Zaqatala klubunun taleyi hələ də qaranlıqdı. "Simurq"la bağlı aldığımız son xəbər isə bu komandanın gələcəyi ilə bağlı bədbinliyi daha da artırır.

 

SportArena.az xəbər verir ki, "Simurq" üçün hərəsi 45 min manata alınan iki avtobus satılmaq üçün Bakıya gətirilib. Avtobusun kimlər tərəfindən satışa çıxarıldığı haqda məlumat verilmir.

Bir neçə gün əvvəl "Simurq"un prezidenti Anar Bəkirov istintaqa cəlb olunmuşdu. Bəkirov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Azərbaycan Beynəlxalq Bankına ödənməmiş bir milyon manat kredit borcuna görə çağırılmışdı.komanda.az


Digər xəbərlər

Xəbər xətti