“Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandı. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm”.
SportArena.az xəbər verir ki, bu sözləri "Bakı"nın prezidenti, iş adamı Hafiz Məmmədov deyib.
Hafiz Məmmədov onun cinayət məsuliyyətinə cəlb olunacağı haqda KİV-lərdə yer alan iddiaları da rədd edib.
“Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram” deyə, Məmmədov bildirib.
Xatırladaq ki, bu gün bəzi saytlar “Hafka”nın adının da “oliqarxların işi”ndə keçdiyini, onun iri məbləğdə kredit dələduzluğu ittihamı ilə keçirilən istintaq tədbirlərindən yayınmaq üçün ölkədən qaçdığını yazıblar.virtualaz.org