Son vaxtlar yayılan xəbərlərə görə, Premyer Liqamızda 10 komanda mübarizə aparacaq.
SportArena.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu məsələyə konkret münasibət bildirib:
"Bu, bizim də arzumuzdur ki, komandaların sayı artsın. İstərdik ki, elə olsun. Amma hazırda cəmi 10 klub lisenziya ala bilib. Ona görə də bu məsələni qapanmış saymaq olar".