Paytaxtda Xəzər və Qara dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının iclası öz işinə başlayıb.
SportArena.az xəbər verir ki, iclasın gedişatında qurumun üzərinə düşən öhdəliklər müzakirə edilərək gələcək perspektivlər seçiləcək.
Direktorlar Şurasının 14-cü sessiyasının açılışında fondun vitse-prezidenti, yazıçı Çingiz Abdullayev bu dəfə qurumun prezidenti seçilib. Bundan əvvəl isə bu vəzifəni Türkiyədən olan İsmayıl Safi icra edirdi.
Xəzər və Qara dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondu 4 mart 2009-cu ildə Buxarestdə Rumıniya prezidenti Trayan Besesku və prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan qeyri-kommersiya və qeyri-hökumət təşkılatıdır.
Təşkilatın idarə heyətinin üzvləri 20 ölkədən olan tanınmış şəxslərdir.